ATİB İctimai Televiziyada təhsillə bağlı layihə həyata keçirmək istəyir.
2005-ci il sentyabrın 21-də Azərbaycan-Türk İş Adamları Birliyinin (ATİB) icraçı direktoru Nurdan Kanber İctimai Televiziya və Radio Yayımları Şirkətinin qonağı oldu. Şirkətin Baş direktoru İsmayıl Ömərovla söhbətində Azərbaycanda fəaliyyətlərinin məqsədi barədə məlumat verən N.Kanber qeyd etdi ki, yenicə formalaşan yerli iş adamlarının daha da səmərəli fəaliyyətləri üçün əllərindən gələni edirlər.
Türkiyənin təhsil sistemindən söz açan qonaq Azərbaycanda təhsil sahəsində də bəzi layihələr həyata keçirmək niyyətində olduqlarını dilə gətirdi. O, bildirdi ki, "Təhsil televiziyası" adlı layihələri İctimai Televiziyada həyata keçirmək niyyətindədirlər. Layihənin məqsədinə toxunan ATİB-nin icraçı direktoru qeyd etdi ki, bütün peşə sahiblərinin maarifləndirilməsi təqdim etdikləri layihənin ana xəttini təşkil edir.
Şirkətin Baş direktoru İsmayıl Ömərov İTV-nin qurulması prosesi barədə qonaqları məlumatlandırdı. Türkiyənin bir çox telekanalları ilə yaxından əməkdaşlıq etdiklərini vurğulayan İ.Ömərov qardaş ölkənin təhsil, idman və digər sahələrdəki mütərəqqi dəyərlərindən yararlanacaqlarını dedi: "İctimai Teleradio haqqında qanun layihəsində göstərilib ki, şirkətin 2 televiziya, 3 radio kanalı olmalıdır. Biz də düşünürük ki, gələn il 2-ci kanalın açılmasına nail olaq və bu istiqamətdə səylərimizi sürətləndiririk. 2-ci kanal ya idman, ya da təhsil kanalı kimi fəaliyyət göstərəcək. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlığımızı daha da inkişaf etdirməliyik". İ.Ömərov ATİB-in icraçı direktoru tərəfindən təqdim olunmuş layihəyə baxılacağını və müvafiq addımlar atılacağını qeyd etdi.
Bu xeberden sonra
------------------------------------------------------------------------------
Bu gun Ictimai TV kanali ile elaqe saxladim.Itv kanalinin iscileri cox yaxinda yayina basalaycaq ITV2 kanali turksat uydusunda ITV 1 kanalinin frekansinda olacaq.

Yorum