17 sentyabr, saat 22:00-da İctimai Televiziyada
İctimai Televiziya (İTV) futbol azarkeşləri üçün əsl sürpriz hazırlayıb. Ölkənin 1 nömrəli televiziyası Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klublarının azarkeşlərini sevindirib.
Belə ki, “Cim Bom”un sadiq azarkeşləri sevimli komandalarının Avropa Liqasındakı oyununu İTV vasitəsilə canlı izləyə biləcəklər. Sentyabrın 17-də “Qalatasaray”ın Yunanıstanda “Panatinaikos”la görüşü saat 22:00-da birbaşa göstəriləcək.
Bu qarşılaşmanın ardından isə “Fənərbaxça” fanatları ekran qarşısına keçə bilərlər. Digər İstanbul təmsilçisinin “Tvente” ilə görüşünü də eyni gündə saat 00:00-da canlı yayımlanacaq.
Yorum